İspaniyada daşqınlardan sonra cəsədlər çıxarılıb

İspaniyanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlardan sonra cəsədlər çıxarılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Valensiya bölgəsinin lideri bildirib.

Carlos Mazon jurnalistlərə deyib ki, “Cəsədlər tapılıb, lakin ailələrə hörmət olaraq, əlavə məlumat vermək niyyətində deyilik”.

Qeyd edək ki, İspaniyada leysan yağışı və dolu fırtınaları bir çox bölgədə daşqınlara səbəb olub.

Rəsmilər ölkənin şərqindəki Albasete əyalətində 1000-dən az əhalisi olan Leturda 6 nəfərin itkin düşdüyünü bildirib.

Çıxarılan meyitlərin sayı dəqiqləşdirilməyib.

Orxan Saffari

Gununsesi.info