Xilasedicilər Argentinada otelin çökməsi nəticəsində sağ qalanları axtarır

Argentinada xilasedicilər otelin çökməsi nəticəsində dağıntılar altında qalan insanlara çatmağa çalışırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, artıq bir nəfərin öldüyü təsdiqlənib.

Bildiririk ki, sahildə yerləşən Villa Gesell şəhərindəki 10 mərtəbəli Dubrovnik oteli çərşənbə axşamı səhər tezdən çöküb.

Oteldə 15 nəfərə qədər adamın olduğu güman edilir.

Hadisə yerində xilasetmə qrupları sıxışıb qaldığı ehtimal edilənləri çıxarmağa çalışır.

Dağıntılar arasında 80 yaşlarında bir kişinin cəsədi tapılıb, bir qadın isə xilas edilib.

Orxan Saffari

Gununsesi.info