İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb

  • By Günel
  • 30 Oktyabr 2024 08:31

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı və Livanın cənubunda şiə Hizbullah təşkilatına qarşı döyüşlər nəticəsində 5 hərbçinin öldüyünü bildirib.

Gununsesi.info xəbər verir ki, kapitan, həmçinin üç çavuş Fələstin anklavının şimalındakı Cəbəliyyədə öldürülüb.

Ərəb Respublikasının cənubunda gedən döyüşdə ağır yaralanan daha bir çavuş xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info