İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 792-yə yüksəlib

İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı artıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu say, 2 min 792, yaralıların sayı isə 12 min 772-yə yüksəlib.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkəyə qarşı hava hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada dünən İsrailin Livanda həyata keçirdiyi hücumlarda 82 nəfərin öldüyü, 180 nəfərin yaralandığı bildirib.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərdən 518 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Orxan Saffari

Gununsesi.info