Sumqayıtda qonşular arasında dava olub - qadın dəmirlə döyülüb

  • By Günel
  • 07 Yanvar 2025 08:31

Sumqayıtda qonşular arasında dava olub, qadın dəmirlə döyülüb.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Səbəbi bilinməyən mübahisə zamanı 1983-cü il təvəllüdlü Şərifov Mikayil Nurəddin oğlu qonşusu 1958-ci il təvəllüdlü Ələkbərova Mehparə İmanqulu qızına dəmir parçası ilə xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Gununsesi.info