Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan “stop” götürüldü

  • By admin
  • 07 Yanvar 2025 09:40

Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının hazırda həbsdə olan  rəhbəri Rüfət Səfərovun anası Tahirə Səfərovanın ölkədən çıxışına qoyulan qadağa götürülüb. 

Bu barədə Gununsesi.info-ya Səfərovlar ailəsindən məlumat verilib.

Məlumata görə, Tahirə Səfərova və həyat yoldaşı Eldar Sabiroğlu bugün səhər saatlarında ölkəni tərk edə bilib.

Elmar

Gununsesi.info