Ərini öldürdü, sonra doğradı - Polis qətlin üstünü açdı

  • By Günel
  • 07 Yanvar 2025 08:13

Salyanda kişi qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.

Məlum olub ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb.

Araşdırma aparılır.

Gununsesi.info