İlham Əliyevə başsağlığı məktubları gəlir

  • By Günel
  • 06 Yanvar 2025 20:41

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Zati-aliləri.

Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.

Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm”, – məktubda qeyd olunub.

X X X

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:

“Cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm”.

X X X

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, başsağlığında deyilir:

“Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzada yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.

Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəri bölüşürəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır”.

Gununsesi.info