Məktəbin qarşısında qəza: işıqfor yararsız hala düşdü - FOTO

Paytaxtın Binəqədi rayonu Emin Bağırov küçəsində 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.

Qurumdan bildirilib ki, ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.

1408482