“Turan Tovuz” Rəhim Sadıxovu heyətinə qatdı

  • By Günel
  • 06 Yanvar 2025 20:32

“Turan Tovuz” klubu daha bir transferini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Tovuz təmsilçisi Rəhim Sadıxovla anlaşıb.

28 yaşlı yarımmüdafiəçi ilə 2026-2027-ci illər mövsümünün sonunadək mümqavilə bağlanılıb.  Son olaraq “Sumqayıt”da forma geyinən futbolçu, ölkəmizdə “Zirə”, Rusiyada “Solyaris”, “Spartak-2” və  “Torpedo” klublarının şərəfini qoruyub.

Rəhim Sadıxov  əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb.

Bundan başqa, əyalət təmsilçisi rusiyalı yarımmüdafiəçi Anton Kraçkovskini də icarə əsasında heyətinə qatıb. Mahaçqala “Dinamo”suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi  “Kayrat”da da legioner həyatı yaşayıb.(“Qafqazinfo”)

Gununsesi.info