Tovuzda anbarda yanğın olub

  • By Günel
  • 06 Yanvar 2025 19:49

Tovuzda soyuducu anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, rayonun Əyyublu kəndində ümumi sahəsi 850 m² olan soyuducu anbarın içərisində 1 ədəd soyutma qurğusu, 5 paq.m elektrik kabeli və şüşə-pambıq üzlük 9 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info