Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi bərpa edilib

  • By Günel
  • 07 Yanvar 2025 08:46

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Gununsesi.info -ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Gununsesi.info