Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb

  • By Günel
  • 07 Yanvar 2025 08:51

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Gununsesi.info