Sumqayıtda 5 nəfər dəm qazından zəhərləndi

Ötən gün Sumqayıtda zəhərlənmə hadisəsi baş verib. 

Bu barədə Gununsesi.info -nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

“Yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər, Uşaq Xəstəxanasına isə 1 nəfər hospitalizasiya olunub.

Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda bildirilib.

Gununsesi.info