Çindəki yeni virus Qırğızıstana da çatdı

Qırğızıstanda metapnevmovirusa (HMPV) iki yoluxma halı qeydə alınıb.  

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, hazırda ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir.

Xatırladaq ki, hazırda Çində sözügedən virusa yoluxma halları artmaqdadır. Artıq Qazaxıstanda 30 nəfərdə metapnevmovirus aşkar edilib.

 

 

Gununsesi.info