
Dekabrın 5-də dünya şöhrətli rəssam Ann Karrinin evindən təxminən 60 min funt-sterlinq (təxminən 74,5 min dollar) dəyərində “La Promesse” adlı bürünc heykəli oğurlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, əsərin istehsal dəyəri təxminən 20.000 funt sterlinq, satış qiyməti isə təxminən 60.000 funt sterlinqdir.
Süsən çiçəyinin təsviri olan bürünc heykəl təxminən 350 kq ağırlığındadır və rəssamın ən uğurlu işlərindən biridir.
Məlumatda bildirilib ki, hazırda araşdırmalar aparılır.
Qeyd edək ki, ötən ilin dekabrında Londonda evdən 10 milyon funt sterlinq dəyərində bahalı çantalar və zinət əşyaları oğurlayıb.
Şəbnəm