Qazi adam bıçaqladı

  • By Günel
  • 07 Yanvar 2025 08:38

Ağsuda adam bıçaqlayan qazi saxlanıldı.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər rayonun Hacıqədirli kəndində qeydə alınıb.

Kənd sakini Fariz Bayalıyevə bıçaqla xəsarət yetirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən 1996-cı il təvəllüdlü Amil Bədəlov saxlanılıb.

Amil Bədəlov Vətən müharibəsi iştirakçısı olub.

Gununsesi.info