Ermənistanda zəlzələ oldu

  • By Günel
  • 06 Yanvar 2025 19:23

Ermənistanda zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17:28-də qeydə alınıb. Zəlzələnin episentri Ermənistanın Vayots Dzor bölgəsində, Cermuk şəhərindən 22 km şimal-qərbdə yerləşib.

Zəlzələnin maqnitudası 3,1, episentrdə gücü 4 bal olub.

Gununsesi.info