İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

  • By Günel
  • 06 Yanvar 2025 20:23

İndoneziya BRİKS-ə qurumun tamhüquqlu üzvü kimi qoşulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir”, – məlumatda deyilir.

Gununsesi.info