Suraxanıda 11 yaşlı yeniyetməni avtomobil vurdu

  • By Günel
  • 07 Yanvar 2025 09:10

Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info