Azərbaycanlı müğənni ağır qəzaya düşdü – VİDEO

  • By Günel
  • 18 Sentyabr 2024 11:05

Müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşüb.

Gununsesi.info Olay-a istinadən bildirir ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib.

İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın sağ tərəfdən TIR-la toqquşub. T. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilib.

Gununsesi.info