
Mingəçevir Dövlət Universitetində kadr təyinatları olub.
Gununsesi.info xəbər verir ki, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli vəzifəsindən azad olunaraq İqtisadiyyat Kafedrasının müdiri təyin olunub.
Vakant qalmış dekan vəzifəsinə isə həmin kafedrada müəllim kimi çalışan Məlahət Rəhimova təyinat alıb.