Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq

  • By Günel
  • 30 İyun 2025 22:42

2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə brifinqdə bildirib.

“2025-ci ildə Almaniya Ukraynaya 9 milyard avrodan çox vəsait ayıracaq, bunun 2 milyard avrosu hava hücumundan müdafiə, raket və sursata xərclənəcək”, – nazir qeyd edib.

Gununsesi.info