
ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda Suriyaya qarşı tətbiq olunan sanksiya proqramının ləğvinə dair fərman imzalayacaq. Bununla belə, sabiq prezident Bəşər Əsəd və onun yaxın ətrafına qarşı tətbiq olunmuş sanksiyalar qüvvədə saxlanılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən ənənəvi brifinq zamanı məlumat verib.
“Prezident Suriyaya qarşı sanksiya proqramının ləğvini nəzərdə tutan icra sərəncamını imzalayacaq. Bu addım ölkənin sabitlik və sülh yolunda irəliləməsinə dəstək məqsədi daşıyır. Yeni fərman Suriyaya qarşı tətbiq olunan ümumi sanksiyaları ləğv edəcək, lakin keçmiş prezident Əsəd və onun tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalacaq”, – deyə Livitt bildirib.