“İran xalqı ABŞ prezidenti Donald Trampa böyük məğlubiyyət yaşadıb”.
Gununesi.info xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi öz “X” hesabında bildirib.
O qeyd edib ki, İran xalqı döyüş meydanında və Hörmüz boğazında böyük strateji, Vaşinqtonda isə ağır siyasi məğlubiyyəti Trampa qəbul etdirib.
Rzayi onu da əlavə edib ki, ABŞ vətəndaşları və hökuməti Trampın müharibə təşəbbüslərinin ağır və böyük xərclərini şəxsən ödəməli olublar.
Rzayinin fikrincə İran İslam Respublikası ilə qarşıdurmaya gedən hər kəs döyüş meydanından tutmuş öz evinin astanasınadək bunun ağır nəticələri ilə üzləşəcək.












