Vətəndaş çatdırılma şirkətindən şikayətçidir.
Gununsesi.info xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edib.
Şikayətçi bildirib ki, şirkət Türkiyədən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri çatdırılma etdiyini bildirsə də, bəyan etdiyi məhsul vaxtında göndərilməyib:
“Çərşənbə günü bəyan etdiyim məhsul həmin gün və növbəti cümə günü yola salınmadı. Şirkət məhsulları vaxtında sistemə daxil etmir və göndərmir. Cümə günü reysin olmadığını isə yalnız saatlarla telefon xəttində gözlədikdən sonra öyrəndim.
Şikayətimi qeydə alsalar da, məsələ ilə bağlı heç bir geri dönüş edilməyib, üzr istənilməyib. Hər dəfə eyni hazır cavabları verirlər. Heç bir zərər də qarşılanmır”.
Vətəndaş şirkətin xidmətindən narazı qaldığını bildirərək başqalarını da bu problemlə bağlı xəbərdar edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Afət












