SEPAH: Hörmüz boğazında 4 neft tankeri minaya düşüb

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 09:25

Hörmüz boğazı yaxınlığında azı dörd neft tankerinin dəniz minalarına düşərək partladığı bildirilir.

Gununesi.info xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, Hörmüz boğazının cənubunda yerləşən qadağan olunmuş zonadan keçməyə cəhd göstərən dörd tanker dəniz minalarına düşərək məhv olub.

“Qadağan olunmuş əraziyə daxil olmağa çalışan dörd tanker dəniz minalarına düşərək partlayıb. Hazırda həmin gəmilər yanır. Qaydaları pozan daha iki gəminin qarşısı alınaraq hərəkəti dayandırılıb”, – məlumatda bildirilib.

Hadisə nəticəsində mümkün insan tələfatı, tankerlərin hansı ölkələrə məxsus olması və daşınan yüklər barədə hələlik məlumat verilməyib.

Gununesi.info