Neft Fondundan büdcəyə verilən pul 935 milyon manat azalacaq

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 11:10

2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 935 milyon manat və ya 7,3 faiz azdır. Cari il üçün transfert 12 milyard 835 milyon manat nəzərdə tutulub.

Gələn il Neft Fondundan köçürüləcək vəsaitin dövlət büdcəsinin ümumi gəlirlərində payı 30,1 faiz olacaq.

Fondun transfertləri də daxil olmaqla, büdcənin neft-qaz gəlirləri 15 milyard 480 milyon manat proqnozlaşdırılır. Bu, cari ilin proqnozundan 955 milyon manat və ya 5,8 faiz azdır.

Gununsesi.info