ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə səslərin sayılması davam edərkən Demokratlar uzun illər Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi bir sıra ştatlarda mühüm nəticələr əldə edirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov danışıb.
O bildirib ki, 1988-ci ildən bəri ABŞ Senatına demokrat senator seçməyən Texas ştatında Demokrat Partiyasının namizədi Ceyms Talariko rəqibini qabaqlayır.
1932-ci ildən bəri Senata demokrat nümayəndə göndərməyən Kanzas ştatında da Demokratların namizədi Adam Hamiltonun uğur qazandığı bildirilir.
Politoloqun diqqət çəkdiyi digər ştatlar arasında Miçiqan, Ayova, Ohayo, Alyaska və Men də var.
Kamran Cəfərovun sözlərinə görə, Respublikaçılar Partiyası seçki mübarizəsinin gərgin keçdiyi ştatlarda ciddi çətinliklərlə üzləşir.
Qeyd edək ki, seçkilərin ilkin nəticələri Demokratların ənənəvi olaraq respublikaçıların güclü olduğu ştatlarda mövqelərini genişləndirdiyini göstərir. Associated Press-in məlumatına görə, Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə ediblər. Nəticələrin rəsmiləşdirilməsi prosesi isə davam edir.
Elmar











