Ukraynada Kolomoyskinin hava limanı əlindən alındı

Ukraynalı iş adamı İqor Kolomoyskinin Dnepr şəhərindəki hava limanı dövlətə qaytarılır.

Gununsesi.info  xəbər verir ki, Şimali Apellyasiya Kommersiya Məhkəməsi 2009-cu ildə Dövlət Əmlak Fondunun “Dneproavia” Aviasiya Şirkətinin səhmlərinin bir hissəsinin “Galtera” şirkətinə satılması ilə bağlı bağlanmış müqavilənin ləğv edilməsinə qərar verib.

Qərara əsasən, müəssisənin səhmlərinin 94 faizi Dövlət Əmlak Fondunun təmsil etdiyi dövlətə qaytarılmalıdır.

Bu barədə məhkəmə prosesini aparan vəkil Yelena Donenko məlumat verib.

Qeyd edək ki, 2022-ci ildə də məhkəmə Kolomoyski ilə əlaqəli “Galtera” şirkətinin hava limanını istismar etmək hüququnu əlindən almışdı.

 

Gununsesi.info