Xırdalanda 12 yaşlı uşaq itkin düşdü - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 01:35
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb.

Gununesi.info xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat verib.

Xatırladaq ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksindən itkin düşmüşdü.

***

Xırdalanda 12 yaşlı qız uşağı itkin düşüb.

Gununesi.info xəbər verir ki, DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, şəxs axtarışa elan olunub.

İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Gununesi.info