Estoniya XİN rəbəri Bakıya gəlir

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 20:11

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.

Gununesi.info  Report-a istinadən xəbər verir ki, bunu Marqus Tsahkna bildirib.

“Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir”, – XİN rəhbəri vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.

“Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk”, – Tsahkna bəyan edib.

Gununesi.info