Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar minatəmizləmə sahəsində Azərbaycana zəruri dəstək göstərməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü zamanı bildirib.
Rusiya FHN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini, o cümlədən Rusiya mütəxəssislərinin Azərbaycanın təşkil etdiyi müvafiq tədbirlərdə iştirakını müzakirə ediblər.
Aleksandr Kurenkov vurğulayıb ki, Rusiya mütəxəssisləri müvafiq müraciətlər əsasında azərbaycanlı həmkarlarına yardım göstərməyə hazırdırlar.












