Natiq Cəfərli: “Trampın siyasəti Respublikaçıları seçkilərdə çətin vəziyyətə saldı”

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 10:10

ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Respublikaçılar Partiyası üçün ciddi məğlubiyyət kimi qiymətləndirilir.

İqtisadçı və siyasətçi Natiq Cəfərli hesab edir ki, Donald Tramp atdığı addımlar, sərt ritorikası və qəbul etdiyi qərarlarla bu mənzərənin yaranmasına özü də ciddi töhfə verib.

Gununesi.info-nun xəbərinə görə, o bildirib ki, hazırda əsas suallardan biri Trampın nə üçün məhz bu siyasi yolu seçməsi, digəri isə seçkilərdən sonra onun hansı mövqeyə keçəcəyidir:

“Tramp indi “axsaq ördəyə”, yoxsa “aqressiv ördəyə” çevriləcək?”

Cəfərlinin fikrincə, seçkilərin nəticələri Amerika seçicisinin siyasi seçimlərinə təsir edən əsas amilləri də bir daha ortaya qoyub.

Onun qənaətinə görə, orta statistik amerikalı, əsasən, gündəlik həyatına birbaşa təsir edən iki məsələyə – yanacağın qiymətinə və soyuducusunun nə dərəcədə dolu olmasına diqqət edir.

Beləliklə, iqtisadçı hesab edir ki, ABŞ-da seçicilərin qərarına ideoloji mübahisələrdən daha çox iqtisadi vəziyyət, gündəlik xərclər və insanların maddi rifahı təsir göstərir.

Elmar
Gununesi.info