“Turan Tovuz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələdi

  • By Günel
  • 16 Fevral 2025 18:02

Azərbaycan Premyer Liqasının XXIII turun ikinci günün ilk matçında “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.

Gununsesi.info xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri minimal hesabla qələbə qazanıb – 1:0.
Əliyar Ağayevin idarə etdiyi qarşılaşmanın 48-ci dəqiqəsində “qırmızı-ağlar”ın braziliyalı müdafiəçisi İqor Ribeyro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Matçın yeganə qolunj 86-cı dəqiqədə “Turan Tovuz”un kolumbiyalı futbolçusu Haiderson Hurtado vurub.
Bununla Kurban Berdiyevin komandası xal sayını 39-a çatdıraraq “Zirə” ilə xal fərqini 3-ə endirib. Elmar Baxşıyevin komandası isə 44 xalla turnir cədvəlinin II pilləsində yer alır.
Qeyd edək ki, günün sonuncu matçında “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Neftçi Arena”da keçirilən derbi saat 19:00-da start götürəcək.

Gununsesi.info