Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

  • By ilhame
  • 17 İyun 2024 19:00

Avropa İttifaqına daxil olmayan 9 ölkə Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyalara qoşulub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin məlumatında deyilir.

 

Moldova və Ukrayna da Aİ-yə üzvlüyə namizəd ölkələr kimi bu siyahıdadır.

 

Ümumilikdə, siyahıda Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn yer alıb.

Gununsesi.info