Bakının iki rayonunda içməli su kəsiləcək

“Azərsu” iki rayonun sakinlərinə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, qurumun yaydığı açıqlamada deyilir:

“Yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar 18 iyun 2024-cü il tarixində gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.