Fransa Ukraynanın F-16 pilotuna təlim keçmək istəyir

Fransa iki il ərzində 26 ukraynalı F-16 qırıcı pilotunu hazırlamaq niyyətindədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazır.

Nəşrin məlumatına görə, Fransa komandanlığı pilotların təlim müddətini bir il yarımdan altı aya endirmək niyyətindədir. Qeyd olunur ki, ilk kursant qrupu payızın əvvəlinə hazır olacaq.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, fransalı mütəxəssislər artıq Ukrayna F-16 pilotlarına təlim keçiblər.

 

 

Gununsesi.info