Prezident bu Fərmanlarda dəyişiklik etdi

Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsində”, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 14 fevral 2025-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi Fərmanlarında dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətinə təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını hazırlayıb Prezidentə məlumat verməlidir.

 

 

Gununsesi.info