Adil Əliyevlə Qarabağ veteranı arasında nə baş verir? - İCRA BAŞÇISI CEYHUN AĞAYEVİ MƏHKƏMƏYƏ VERİB

  • By admin
  • 11 Mart 2025 14:56

44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayev Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilib.

Gununsesi.info-nun xəbərinə görə, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci  (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.

Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası  üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.

Qeyd edək ki, Ceyhun Ağayevin adı indiyədək bir neçə qalmaqallı olaylarda çəkilib.

Məsələ ilə bağlı Adil Əliyevin özünün mövqeyini öyrənmə çalışsaq da, lakin icra başçısı telefonun dəstəyini qaldırmayıb.

 

Elmar

Gununsesi.info