Nərimanov rayonunda 45 yaşlı qadını avtomobil vurub

  • By Günel
  • 04 Oktyabr 2024 08:32

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Sarıyeva Samirə Mehman qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info