
İsrail Hizbullah lideri Həsən Nəsrullahın varisi, Livan şiə hərəkatının icraiyyə komitəsinin rəhbəri Haşim Səfiəddini aradan götürmək üçün Beyrutu vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat verib.
Onun dərin yeraltı bunkerdə olduğu dəqiqləşdirilir, ona görə də onun hücumdan sonrakı taleyi hələ də bəlli deyil.
Bildirilir ki, hərəkatın nümayəndəsi siyasi məsələlərlə məşğul olur və hərbi tapşırıqları idarə edən Cihad Şurasının bir hissəsidir.
“The New York Times” mənbələrə istinadən İsrailin “Hizbullah”ın yüksək səviyyəli liderlərinin, xüsusən də Nəsrullahın mümkün varisinin görüşü zamanı Beyruta hava hücumu həyata keçirməsinə aydınlıq gətirib.
Xatırladq ki, Həsən Nəsrullah sentyabrın 28-də İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldürülüb. O, 1992-ci ildən hərəkata rəhbərlik edir. Hava hücumunda Nəsrullahın hərəkata və onun məqsədlərinə sadiqliyini açıq şəkildə nümayiş etdirən qızı Zeynəb də öldürülüb.
Qrupun cənub cəbhəsinin komandiri Əli Kərki və hərəkatın digər komandirlərinin öldürüldüyü də bildirilib.
Şəbnəm