Milyardlarla yardım, təhlükəsizlik zəmanəti… -Ukraynata şad xəbər

  • By Günel
  • 28 Fevral 2025 08:24
NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“NATO-nun müttəfiqləri müdafiə sahəsinə investisiyalarını fəal şəkildə artırırlar”, – deyə M.Rutte qeyd edib.
Onun sözlərinə görə, alyans ölkələri Ukraynaya milyardlarla yardım, eləcə də təhlükəsizlik zəmanətləri hazırlayır. Bununla belə, Rutte konkret olaraq blokun hansı üzv dövlətlərinin bunda iştirak etdiyini açıqlamayıb.