
Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü H.Abıyevanın balta və armaturla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.
Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs qadının həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.