
Şəkidə yol qəzasında xəsarət alan kişi 4 gün sonra ölüb.
Gununsesi.info xəbər verir ki, oktyabrın 8-i saat 14 radələrində “Marxal Resort Spa” hotelində qrup rəhbəri işləyən 1996-cı il təvəllüdlü Afiq Hüseynov maşınla Kiş kəndi istiqamətində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarətlər alan Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Xalıqov xəstəxanaya yerləşdirilib. Lakin o, bu gün saat 02:30-da xəstəxanada ölüb.
Faktlarla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb.