Türkiyəli aktyor vəfat etdi

Türkiyənin tanınmış aktyoru Ahmet Uğurlu vəfat edib.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Mustafa Uğurlunun böyük qardaşı olan 72 yaşlı sənətçinin ölüm xəbərini həmkarı Zəfər Algöz sosial şəbəkə səhifəsində paylaşıb.

Bir çox teatr tamaşaları, seriallar və filmlərdə rol alan məşhur aktyor 2012-2013-cü illərdə TRT 1-də yayımlanan “Yol ayrımı” serialı ilə ekranlara çıxıb. Ahmet Uğurlu daha çox “Behzat Ç.: Ankara dedektifi” və “Eşref saatı” kimi rolları ilə yaddaşlarda qalıb.