Göyçayda traktor velosipedçini vuraraq öldürüb

  • By ilhame
  • 12 İyul 2024 19:13

Göyçay rayonunda traktor velosipedçini vurub.

 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində iyulun 12-si saat 17 radələrində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi – 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

 

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Araşdırma aparılır.

Gununsesi.info