Zazalı postu yaxınlığında qəza, ölən var

  • By Günel
  • 02 Yanvar 2025 20:22

Gəncə şəhərində yol – nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info – nun “Qafqazinfo” – ya istinadən xəbərinə görə, hadisə Zazalı postu adlanan ərazinin yaxınlığında qeydə alınıb.

“Opel” markalı avtomobil dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü 1971-ci il təvəllüdlü Məmmədov Hafiz Nürəddin oğlu həyatını itirib.

İlkin məlumata görə, sürücü sükan arxasında ürəktutmadan keçinib. Nəticədə idarəetməni itirib və məlum qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info