Nyu-York məhkəməsi yanvarın 10-da Trampa hökm oxuyacaq

  • By Günel
  • 04 Yanvar 2025 08:26

Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organisation şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə prosesini yanvarın 10-na təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir.

“Müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da gəlməsi planlaşdırılır”, – sənəddə deyilir.

Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Trampa hökm oxunacaq.