
Əslində, sahəsindən fərqli olmayaraq hər bir əsərin mənası vardır. O cümlədən, Van Qoqun “Ulduzlu gecə” əsərinin də.
Gununsesi.info Van Qoqun dünyaca məşhur “Ulduzlu gecə” əsərinin mənasını təqdim edir:
1889-cu ildə çəkilmiş bu rəsmin yaranma tarixçəsi rəssamın yataq otağının pəncərəsindən gecəni seyr edərək çəkib. Beləki, o, bu rəsmdə fizika qanunlarını məharətlə təqlid edib. Tədqiqatçılar 12 spiral görüntünü araşdıraraq, turbulentliyin dəqiq təsvir olunmasını rəssamın buludlar və atmosfer haqqında müəyyən məlumatlara malik olması ilə əsaslandırırlar.
Qeyd edək ki, “Turbulentlik” atmosferdə havanın müxtəlif amillərlə nizamsız yerdəyişməsindən yaranan bir hərəkətə deyilir. Məsələn, təyyarə havada olarkən ən çox ildırım çaxanda, buludlu havada, fırtınada turbulentlə qarşılaşmaq olar.
Orxan Saffari
Gununsesi.info